Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Bu gündən Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur

Bu gündən Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında sazişi rəsmi olaraq qüvvəyə minir.

Yenixeber.org-un məlumatına görə, bu gündən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər.

Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar.

Xatırladaq ki, bu il mayın 4-də iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də bu sazişi təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam