Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Allahşükür Paşazadə təltif edildi- FOTO

 

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb.

Yenixeber.org xəbər verir ki, təbrik məktubunu Azərbaycanda səfərdə olan Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyətinin rəhbəri, Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy şeyxülislam Allahşükür Paşazadə ilə avqustun 26-da keçirilən görüşdə səsləndirib.

QMİ sədrinin səmərəli fəaliyyətini yüksək qiymətləndirən M.Antoniy şeyxülislamı ad günü münasibətilə təbrik edərək, onun din-dövlət münasibətlərinin yüksək səviyyədə aparılması, tərəqqi və əmin-amanlıq naminə səylərini yüksək qiymətləndirib.

M.Antoniy, həmçinin QMİ sədrini Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin adından Kiyev, Moskva və bütün Rusiya mitropoliti müqəddəs Aleksiy ordeni ilə təltif edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam