Ceyhun Bayramov Türkiyəyə gedir -Nələr müzakirə ediləcək?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək.
Yenixeber.org-un məlumatına görə, səfər Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə baş tutacaq.
Ankarada keçiriləcək görüşlər zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistanın normallaşma addımları gündəmdə olacaq.
Səfər zamanı regional hadisələr, eləcə də İsrail-Fələstində baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.










AZ
RU