Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

COP29 Məlumat Mərkəzində növbəti adlı tədbir keçirilib -FOTOLAR

COP29 Məlumat Mərkəzində “Ekoloji təmiz həyat tərzinə keçid” adlı tədbir keçirilib

COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən ekoloji həssas mövzulara ictimaiyyətin diqqətinin cəlb edilməsinə yönələn təşəbbüslərin davamı olaraq COP29 könüllülərinin dəstəyi ilə “Ekoloji təmiz həyat tərzinə keçid” adlı tədbir keçirilib.

Yenixeber.org: Əməliyyat Şirkətinin yaydığı məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunmuş aksiya plastik tullantılardan istifadənin azaldılması, təkrar emal və istifadənin ekoloji faydalarının cəmiyyətə aşılanmasına xidmət edib.
Avqustun 23-də Bakının dənizkənarı bulvarında yerləşən COP29 Məlumat Mərkəzində baş tutan aksiya çərçivəsində paytaxt sakinləri tullantı hesab edilən plastik, kağız və batareya kimi istifadə edilmiş və istismardan çıxarılmış müxtəlif əşyaların təhvil verilməsinə dəvət ediliblər. Tullantıların toplanması üçün Məlumat Mərkəzinin qarşısında təşkil edilmiş məntəqələrə gələn çoxsaylı sakinlər burada quraşdırılmış monitorlar vasitəsilə plastikdən istifadənin zərərli təsirləri, tullantıların düzgün utilizasiya qaydaları, kağızın təkrar emalı yolları, dayanıqlı həyat tərzi vərdişlərinin önəmi, ətraf mühitin qorunmasına töhfə vermək üçün praktiki həllər kimi mövzularda videoçarxlar vasitəsilə ətraflı məlumatlandırılıblar. Aksiya nəticəsində toplanmış tullantılar qanunamüvafiq şəkildə utilizasiya edilməsi üçün “Təmiz Şəhər” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumuna təhvil verilib.
Aksiyaya qoşulmuş iştirakçıların təşəbbüslərinin dəstəklənməsi məqsədilə burada həmçinin plastik torbalardan istifadənin azaldılmasını təşviq edən master-klas təşkil edilib. Master-klasda iştirakçılar ekoçantaların dizayn edilməsi prosesinə qatılıb, gündəlik həyatda davamlı istifadə edə biləcəkləri dayanıqlı materiallardan hazırlanan çantaları öz zövqlərinə uyğun tərtib ediblər. Master-klasın əsas məqsədi ekoloji cəhətdən zərərli plastik torbalardan istifadənin ekoloji alternativlərə üstünlük verilməklə azaldılmasını təşviq etmək, o cümlədən ətraf mühit problemlərinin həllinə təsirli töhfələrin verilməsinə cəmiyyətin bütün üzvlərini cəlb etmək olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam