Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

39° isti, leysan, dolu... -Sabahın havası

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Yenixeber.org: Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam