Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

RF Prezidentinin xüsusi nümayəndəsi: Rusiya şirkətləri Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Rusiya şirkətləri Azərbaycana investisiya yatırmağa böyük maraq göstərir.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasından sonra jurnalistlərə deyib.

“Bildiyimiz kimi, ölkələrimiz arasında iqtisadi əlaqələr dayanıqlı şəkildə inkişaf edir. Bu ilin birinci yarısında ikitərəfli ticarətin həcmi 13 % artıb”, - Titov vurğulayıb.

Onun sözlərinə görə, ilk növbədə, Rusiya tərəfdən olmaqla, qarşılıqlı investisiyalar da artır. Azərbaycanda Rusiyanın “KamAZ” və “Ural” avtomobilləri təmir olunur, bu yaxınlarda “Lada” və “Qazel” avtomobillərinin yığım xətti təşkil olunub. Rusiya şirkətləri Azərbaycanın kənd təsərrüfatına, o cümlədən şərabçılıq, tikinti materiallarının istehsalı və digər sahələrə sərmayə qoyur.

“Elə tarixi “Ağdam” brendinin bərpası hər şeyə dəyər və bu gün Azərbaycan şərabının keyfiyyəti ən yaxşı dünya nümunələri səviyyəsindədir”, - Titov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam