Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Ərdoğan Papa ilə Paris Olimpiadasını müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisk ilə telefonla danışıb.

Yenixeber.org: Telefon danışığı zamanı Türkiyə Prezidenti Paris Olimpiya Oyunlarının açılışında keçirilən bəzi nümayişlərin hiddət və qəzəbə səbəb olduğunu bildirib.

O, ifadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin alçaldıldığını, dini və əxlaqi dəyərlərin ələ salındığını, bunun xristian dünyası qədər müsəlmanları da narahat etdiyini bildirib. Qeyd edib ki, birlikdə bunlara qarşı ortaq mövqe nümayiş etdirilməlidir: “Olimpiya Oyunlarında dini dəyərlərə meydan oxumaq əxlaqi çöküşün həyəcan təbilidir”.

Tərəflər İsrail-Fələstin münaqişəsini, həmçinin İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Haniyənin öldürülməsini də müzakirə ediblər.(“TRT Haber”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam