BMT Haniyəyə görə toplanır
HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək.
Yenixeber.org: Bu barədə TASS Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskiyə istinadən məlumat yayıb.
İclas İranın xahişi ilə keçirilir. Toplantı Bakı vaxtilə 1 avqust 00:00-da başlayacaq.










AZ
RU
