Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Seçicilərin nəzərinə: "Asan xidmət"də...

Seçicilər Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “ASAN xidmət” mərkəzlərindəki “ASAN növbə” terminallarında səs verəcəkləri məntəqələri öyrənə bilərlər.

Yenixeber.org xəbər verir ki, terminallardakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə vətəndaşlar şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.

Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı tətbiq edilən innovativ layihə Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə fəaliyyətinin nəticəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam