Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

Leyla Əliyeva Nizami rayonunda ağacəkmə aksiyasında-FOTO

 

Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib.

Yenixeber.org xəbər verir ki, bu ərazi vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmişdir. “IDEA” İctimai Birliyinin təşəbbüsü və könüllülərin iştirakı ilə həmin ərazi tullantılardan təmizlənib, torpaq qatının tökülməsi ilə rekultivasiya edilib.

Təəssüf ki, bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması, yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir edir.

Leyla xanım Əliyevanın iştirakı ilə baş tutan budəfəki aksiyada meşə zolağının salınması nəzərdə tutulan ərazinin sahəsi 2 hektara yaxındır. Aksiya zamanı 500 Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilib və abadlıq işləri aparılıb. Bu ərazidə ağacların səmərəli sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam