Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

8 il öncə quldurluq edən şəxslər saxlanıldı

 

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 il öncə quldurluq əməli törətməkdə və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, 2016-ci ildə rayon ərazisində bir qadının evinə qanunsuz daxil olan və onu bıçaqla hədələyərək pulunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslərin kimliyi aşkar olunub.

Həmin şəxslərin hazırda cəza çəkmə müəssisəsində olan Nicat Cümşüdov və Teymur Hüseynov olmaları müəyyən edilib. Onlar dindirilərkən qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətdiklərini bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taryel Vəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki kisəyə baxış zamanı 1 "Kalaşnikov" markalı avtomat, həmin silaha məxsus 1 daraq və 27 patron aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, T.Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam