Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anasını döydüyünə görə atasını öldürdü:İcra başçısının qardaşının qətlində yeni TƏFƏRRÜAT

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlinin bəzi təfərrüatları üzə çıxıb.

Yenixeber.org:  1999-cu il təvəllüdlü Azay Qaraşov atasını ailədaxili münasibətlərin pozulmasına görə öldürdüyünü etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Bildirilib ki, istintaq tədbirləri ilkin olaraq Kürdəmir Rayon Prokurorluğu tərəfindən həyata keçirilsə də, işin materialları Baş Prokurorluğun İstintaq İdarəsinə verilib. Azay Qaraşov ilkin ifadəsində atası Azər Qaraşovun evdə anasına mütəmadi şiddət göstərdiyini və buna görə onu qətlə yetirmək qərarına gəldiyini deyib.

 O da məlum olub ki, hadisə yerinin ilkin müayinəsi zamanı Azər Qaraşovun güllə xəsarətlərindən öldüyü otağın tavanında da güllə izləri aşkar edilib. Müəyyən edilib ki, hadisə vaxtı ata və oğulun olduğu otağa ilk olaraq Azayın bacısı daxil olub. O, qardaşının atasını güllələdiyini görərək onun əlindəki beşatılan adlanan tüfəngi almağa çalışıb. Bu zaman yenidən atəş açılıb və evin tavanına dəyib.

Baş vermiş hadisə ilə bağlı aparılan araşadırmalar zamanı evin tavanındakı güllə izləri, həmçinin digər şübhəli məqamlar kriminalistlərin diqqətini cəlb edib. Bundan sonra davam etdirilən istintaq tədbirləri ilə cinayətin üstünün qısa müddətdə açılması təmin edilib. Ötən gün 24 yaşlı Azay Qaraşov şübhəli şəxs qismində saxlanılıb.

Bu gün Azay Qaraşovun iştirakı ilə hadisə yerinin araşdırılması həyata keçirilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam