Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranda tutulan Fərid Səfərlidən YENİ XƏBƏR var

İranda tutulan Fərid Səfərliyə hökm oxunacaq
İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli ailə üzvləri ilə telefonla danışıb.
Yenixeber.org: Bu barədə onun anası Dilarə Əsgərova məlumat yayıb. O bildirib ki, oğlu ilə ikinci dəfə telefonla danışıb:
“Oğlumun səhhəti normaldır, saxlanma şəraitindən narazılığı yoxdur. 3 dəfə məhkəməsi keçirilib. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki məhkəmədə fars dilini bildiyi üçün tərcüməçi verilməyib. Özü bu məsələdən narazıdır, çünki fars dilində bilsə də, hüquqi terminləri başa düşmür.
Mən də ona dedim ki, məhkəmədən həm vəkil, həm də tərcüməçi tələb etmək hüququ var. Oğlum əvvəllər tək nəfərlik kamerada saxlanılırdı, son vaxtlar artıq ümumi yerdədir, orada fars dilində danışır”.
Dilarə Əsgərova qeyd edib ki, oğluna yaxın günlərdə hökm oxunacaq: “Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulmayıb. Fəridin sözlərinə görə, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyib.
Lakin İran tərəfi Fəridin bir neçə dil bilməsi və Avropada təhsil almasına görə şübhələnir, onu casusluqda ittiham edirlər. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi, Təbrizdə olan Konsulluğumuz da Fəridlə əlaqədar işlər görür. Konsulluq nümayəndələri Fəridlə görüşüblər və vəziyyəti ilə maraqlanıblar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam