Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qarabağa gedən yeni yol mayın sonunda hazır olacaq" - Sanosyan

 
"Kornidzor kəndindən keçməklə Qarabağa gedən yol may ayının sonuna kimi tam hazır olacaq".
Yenixeber.org: Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan 2021-26-cı illərə dair hökumət proqramı çərçivəsində Nazirlər Kabinetinin 2022-ci il üçün işi haqqında hesabatı təqdim edərkən deyib.

O müxalif "Hayastan" fraksiyasının rəhbəri, hərbi cani Seran Ohanyanın sualını cavablandırarkən xatırladıb ki, Rusiya sülhməramlı kontingenti və Azərbaycan tərəfi ilə əldə olunmuş razılaşmalara əsasən, aprelin 1-dən Ermənistandan Qarabağa (Laçın dəhlizi ilə-red.) hərəkət əvvəlki marşrutdan yeni yola dəyişdirilib.

Maraqlıdır ki, erməni nazir hələ də yeni yolun avtomobillərlə rahat keçiləcək səviyyədə tikilmədiyini qeyd edib. Layihənin tam başa çatdırılmadığını qeyd edən Sanosyan hazırda yollarda üç qat asfalt çəkmək, həmçinin bordürlər quraşdırmaq və suların axıdılması üçün drenaj xətti qurmaq lazım gldiyini vurğulayıb. Nazir əlavə edib ki, bu və digər işlərin mayın sonunadək başa çatdırılması planlaşdırılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam