Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

The Washington Post: "Rusların Ukraynada Starlink-i sıradan çıxaran gizli silahı var"

Rusiya ordusunun Ukraynada Starlink peyklərinin fəaliyyətinə mane olan gizli silah var.
Yenixeber.org: Bu barədə “The Washington Post” məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Pentaqonun internetə sızan məxfi informasiyalarında gizli elektron müharibə sistemi haqqında məlumatlar aşkarlanıb.
Söhbət “Tobol” elektron müharibə sistemindən gedir.
Jurnalist bu qalmaqallı kəşfiyyat məlumatını təəccüblü hal adlandırıb. Çünki bu, mütəxəssislərin əvvəllər yalnız təxmin etdikləri faktı təsdiqləyir. Ekspertlər yeni silah növü ilə Starlink peyklərinə hücum etmək üçün istifadə edilə biləcəyini proqnozlaşdırırdılar. Nəşr Starlink-in Ukrayna silahlı qüvvələri üçün həyati əhəmiyyət daşıdığını da xüsusi olaraq vurğulayıb: "Moskva aylardır ki, Ukraynada Starlinki sıradan çıxarmaq üçün özünün "Tobol" elektron müharibə sistemləri ilə sınaqlar keçirir."
Maraqlıdır ki, Starlink şəbəkəsinin sahibi olan SpaceX şirkəti bu qalmaqallı iddialara şərh verməkdən imtina edib.
Pentaqon da sızdırılan məlumatlarla bağlı suallara cavab verməyib. Müdafiə Nazirliyinin sözçüsü mayor Çarli Dits deyib ki, "Bu sistemlər Ukraynanın rabitə şəbəkəsində mühüm təbəqə sayılır". O, əlavə edib ki, departamentin diqqəti “ukraynalıları onlara lazım olan peyk imkanları ilə təmin etməyə yönəlib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam