Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kürdəmirdə iki mağazalardan oğurluq edən oğru dəstə saxlanılıb -FOTOLAR

 

Kürdəmirdə üç mağazadan oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 20000 manata yaxın maddi ziyan vuran oğru dəstə saxlanılıb.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-fevral aylarında rayonun Mollakənd və Qarabucaq kəndləri ərazisində yerləşən üç mağazadan oğurluq edən üç nəfər saxlanılıb. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Arif Əliyev, Samir Babayev və Mərahim İbrahimov olduqları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq yanvar ayının sonlarında rayonun Mollakənd kəndi ərazisində yerləşən mağazaların birindən 3000 manat pul, bir ədəd mobil telefon, spirtli içkilər və tütün məmulatları oğurlayaraq mağaza sahibinə 4657 manat, fevral ayında isə rayonun Qarabucaq kəndi ərazisində yerləşən iki mağazadan 11000 manat dəyərində tütün məmulatları, 3025 manat pul, 1000 manat dəyərində danışır kartları və 208 manat dəyərində ərzaq məhsulları oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 15233 manat maddi ziyan vurublar.

Polis əməkdaşları tərəfindən oğurluq yolu əldə olunmuş tütün məmulatlarının və danışıq kartlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin dəstə üzvlərinin digər analoji cinayət hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam