Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kramatorska raket hücumu:xilasedicilər yaşayış binasının dağıntılarını təmizləməyi başa çatdırıblar

 Kramatorskda xilasedicilər Rusiya raketi ilə dağıdılan yaşayış binasının dağıntılarının təmizlənməsini analizini başa çatdırıblar. Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

 “Yenixeber.org”  antikor.com.ua-ya istinadən məlumat verir ki, 18 nəfər yaralanıb. “Ümumilikdə 4 nəfərin meyiti dağıntılar altından çıxarılıb, 2 nəfər xilas edilib.  Tıxanma yerində 960 ton tikinti konstruksiyaları sökülərək daşınıb, işlər başa çatdırılıb. Tıxanmanın təhlilinə ümumilikdə 221 nəfər və 42 texnika cəlb olunub, onlardan 120 nəfər və 11 texnika baş idarədəndir”, - deyə xilasetmə xidmətindən bildirilib.

Xatırladaq ki, fevralın 1-i axşam işğalçılar Kramatorska hücum ediblər. “İsgəndər” raketi yaşayış sahəsinə düşüb. Ən azı səkkiz yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.

Dünən, fevralın 2-də şəhərə daha iki raket hücumu həyata keçirilib. 13 iki mərtəbəli, 3 dördmərtəbəli ev, uşaq poliklinikası, məktəb, qarajlar və avtomobillərə ziyan dəyib. Altı nəfər yaralanıb.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam