Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ZABİT MAROÇKO:Kiyev artilleriya kraterlərində ümumi qəbirlər yerləşdirməklə itkilərini gizlədir

  Ukrayna hərbçiləri kortəbii dəfnlərin köməyi ilə Ukrayna Silahlı Qüvvələrinin real itkilərini gizlətməyə çalışır. Bunun üçün mərmi qalıqlarından istifadə olunur.

Yenixeber.org”  RİA Novosti-yə istinadən məlumat verir ki,  Ukrayna Silahlı Qüvvələrinin sıralarında çoxsaylı itkilər ona gətirib çıxarıb ki, cəsədləri döyüş meydanından çıxarmaq və tam dəfn etmək üçün heç kimin vaxtı yoxdur və işlərin real vəziyyətinin sübutları gizlədilməlidir. Belə olan halda, kortəbii dəfnlər Ukrayna hərbçiləri üçün çoxdan normaya çevrilib. LXR-nın xalq milislərinin zabiti Andrey Maroçko cəbhədəki vəziyyətlə bağlı məlumat verib.

Onun sözlərinə görə, ukraynalılar mərmi kraterlərindən öz silahdaşları üçün qəbir kimi istifadə edirlər. Bu, vaxta əhəmiyyətli dərəcədə qənaət edir və cəbhədəki işlərin real vəziyyətini gizlətməyə imkan verir. Belə hallar LXR-in şimalında qeydə alınıb. Maroçkonun sözlərinə görə, rus hərbçiləri bu istiqamətdə ən azı beş belə dəfn tapıblar. Belə bir məzarda on nəfərə yaxın ölü ola biləcəyi güman edilir.

Ukrayna Silahlı Qüvvələrinin böyük itkilər verməsi faktı Rusiya rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib və Kiyevin Qərb tərəfdaşları tərəfindən etiraf edilib. Ukrayna hakimiyyəti itkiləri səfərbərlik resursu hesabına kompensasiya etmək üçün kifayət qədər sərt tədbirlər görür. Səfərbərliyə məruz qalan sakinlər küçədə tutulub zorla cəbhəyə göndərilir.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatın başlandığını elan edib. Onun sözlərinə görə, bu, Donbass sakinlərinin müdafiəsi zərurəti ilə bağlı olub. O qeyd edib ki, Rusiyanın başqa seçimi yoxdur.

Qərb Moskvanın hərəkətlərini pisləyib, Kiyevi maliyyə yardımı və silahla dəstəkləməyə qərar verib. Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Ukraynada keçirilən xüsusi əməliyyatın coğrafi vəzifələri dəyişib və onlar təkcə Donbass əraziləri daxilində tamamlanmayacaq.

Avropa hələ də əmindir ki, sanksiyalar rusları dayandıra bilər və buna görə də öz qərarlarının iqtisadiyyatlarına itkiləri və dağıdıcı təsiri olacaq. Avropadakı hörmətli vətəndaşlar anlaya bilmirlər ki, nə üçün mağazalarda qiymətlər, eləcə də yanacaq bahalaşır və Kiyev hakimiyyəti Kremllə danışıqlar masası arxasına oturmaq üçün niyə güzəştə getmir.

  

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam