Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Baxmutun uğursuzluğuna görə Priqojin Putinin gözündə etibarını itirir

Analitiklərin fikrincə, Putin yenidən nizami orduya diqqətini yönəldib.

“Yenixeber.org”  Novosti.ru-ya istinadən məlumat verir ki, Vaqnerin sahibi Yevgeni Priqojin Baxmutu ələ keçirmək üçün uğursuz cəhdlərə görə Rusiya prezidenti Vladimir Putinin gözündə güc və nüfuzunu itirib.

Müharibənin Tədqiqi İnstitutunun analitikləri bildiriblər ki, “Priqojinin ulduzu batmağa başlayıb”.

Onların fikrincə, Putin yəqin ki, ona və ordu generalı Sergey Surovikinə müraciət edib ki, birincisi mümkün qədər çox əraziləri fəth etsin, ikincisi isə ukraynalıları kütləvi raket zərbələri ilə mənəvi cəhətdən sındırsın.

“Hər iki cəhd uğursuz oldu, çünki Priqojinin Baxmutu ələ keçirmək cəhdləri sona çatdı və Surovinin hava kampaniyası Rusiyanın dəqiq idarə olunan raket ehtiyatının çox hissəsini boşa çıxarmaqla Ukrayna vətəndaşlarına əziyyət verməkdən başqa bir şey etmədi” – deyə, analitiklər fikirlərini izah edib.

Bununla belə, Priqojin özü qərara gəlib ki, o, Rusiyanın müdafiə naziri Sergey Şoyquya hərbi məsələlərdə birincilik üçün etiraz etmək üçün kifayət qədər səlahiyyətə malikdir. Analitiklər Putinin əsas diqqətini nizami orduya yönəltdiyi üçün belə ümidləri puç hesab edir.

Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib ki, Priqojinin apardığı informasiya müharibəsi səbəbindən Rusiyanın orduya inamı azalır. Ekspertin sözlərinə görə, Vaqner sahibi bu yolla Dumaya düşməyə ümid edir.

Priqojinin Rusiya Federasiyasının komandanlığı ilə ziddiyyət təşkil etdiyi barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Yanvarın 13-də Rusiya “Yerli Müharibələr və Hərbi Münaqişələr Veteranlarının Maraqlarını Müdafiə Liqası” RF Müdafiə Nazirliyini tənqid edərək, işğalçıların Soledardakı bütün “xidmətlərinin” “Vaqneritlər”ə aid olduğunu bəyan edib.

Bundan sonra Priqojin, bəlkə də ilk dəfə olaraq, Rusiya Müdafiə Nazirliyi ilə açıq şəkildə qarşıdurmaya girib. O bildirib ki, onun yaraqlıları “daim qələbəni oğurlamağa çalışırlar”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam