Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

 

Azərbaycan Birinci Divizionu dünyadakı futbol turnirlərində meydan sahiblərinin qələbə faizinə görə, ilk “10-luğ”a düşüb.

Yenixeber.org:  Araşdırma zamanı milli çempionatlarla yanaşı, avrokuboklar, aşağı yaş qrupu liqaları və qadınlar arasında təşkil edilən yarışlar da nəzərə alınıb.

Azərbaycan I Divizionu 250 turnirin yer aldığı siyahının 9-cu pilləsində qərarlaşıb. Birinci dəstənin geridə qalan 15 turunda baş tutan 105 matçdan 62-də meydan sahibləri qələbəyə seviniblər. Aşağı liqa 59 faizlik göstərici ilə ilk “10-luğ”a düşməyi bacarıb. “Araz Naxçıvan”ın liderlik etdiyi çempionatın ilk dövrəsində qapılara ümumilikdə 324 qol vurulub.

Azərbaycan Kubokunun cari mövsümündə isə 1/8 və 1/4 final mərhələlərində keçirilən 14 görüşün yarısında – 7-də ev sahibləri qalibiyyətə sebiniblər. 100-cü sırada yer alan ölkə kuboku 50 faizlik göstəriciyə malik 31 turnirdən biridir. Azərbaycan Kubokunun ilk iki raundunda ümumilikdə 41 qol qeydə alınıb.

Siyahıya meydan sahiblərinin 68 faizlik üstünlüyü ilə İtaliya Kuboku və Misir Kuboku başçılıq edirlər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında bu mövsüm keçirilən 85 qarşılaşmanın 35-də qonaqlar əliboş yola salınıblar. Çempionatda ev sahibləri 41 faizlik göstəriciyə imza atıblar ki, bu, siyahıya düşmək üçün kifayət etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam