Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qurban Qurbanov:"İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır"

 

"İlin məşqçisi adına layiq görülmək mənim məsuliyyətimi, həvəsimi daha da artırır. Bütün idmançıları təbrik edir, hamısına uğurlar arzulayıram".

Yenixeber.org: Bunu İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2022" layihəsində ilin məşqçisi adına layiq görülən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis daha çox digər idmançılara görə sevindiyini bildirib: "Zəhmətə dəyər veriləndə onları təbrik etmək mənim üçün çox xoş olur. Fərqi yoxdur, bu, futbolçudur, güləşçidir, boksçudur və ya şahmatçı. Hər dəqiqə bu idmançılarla üz-üzə gəlməsək də, onların arasında dostlarımız, tanışlarımız çoxdur. Fərqlənən idmançıları təbrik etmək üçün hər il burada olmaq istəyirəm".

Qeyd edək ki, İdman Araşdırmalar Mərkəzi 7 nominasiya üzrə 2022-ci ilin qaliblərini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam