Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanda erkən nikahla bağlı olan bəzi istisna hallar aradan qaldırıla bilər

Yenixeber.org: Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında suallara cavabında deyib.

O qeyd edib ki, “Reprodiktiv sağlamlıq haqqında” qanun layihəsi Dövlət Komitəsinə rəy üçün gəlib və Komitə hazırda rəyi hazırlayır:

"Düşünürəm ki, bu qanun layihəsi ilə mövcud problemləri aradan qaldırmaq olar".

Erkən nikahla bağlı məsələyə gəlincə, komitə sədri xatırladıb ki, qanunvericiliyə görə həm oğlan, həm də qızlar üçün nikah yaşı 18-dir:

“18 yaşı tamam olmayanda yerli icra hakimiyyəti orqanlarının icazəsi ilə 17-18 yaş arasında müəyyən səbəblər nəzərə alınaraq nikah bağlamağa icazə verilir. Biz də bilirik ki, qanunvericilikdə həmin səbəblərin nədən ibarət olduğunun dairəsi göstərilmir. Ona görə də burada subyektiv yanaşma var. Bu səbəbdən bəzi hallarda neqativ hallar baş verir. 18 yaş yetkinlik yaş sayılırsa, burada hansısa güzəştin edilməsindən imtina etməliyik. Dövlət komitəsi bununla bağlı müəyyən təklif hazırlayıb qanunvericilik təşəbbüsü edib. Sizlərdən dəstək istəyirəm. Digər dövlət qurumlarında fərqli fikirlər var. Ümumilikdə istisna aradan qaldırılsa nikah yaşı yalnız 18 qəbul edilsə, bir sıra neqativ halların qarşısı alınacaq. Erkən nikah termini bununla da dilimizdən çıxacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam