Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Sentyabr şəhidinin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb

 

Vətən müharibəsinin qəhrəman hərbçilərindən biri, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhid olan gizir Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb.

Yenixeber.org: Körpənin evə yola salınması mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak edib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı jurnalistlərə açıqlamasında bildirib ki, şəhidin övladı noyabr ayının 25-də doğulub: "Körpənin çəkisi 2 kq 900 qramdır. Dörd gün nəzarətimizdə olub, aktiv qidalanır, səhhəti yaxşıdır. Bu gün evə buraxılır və yaxın 2 həftə müddətində nəzarətimizdə qalacaq".

Vətən müharibəsinin iştirakçısı Elvin Rəsulov deyib ki, V.Qocayevlə uzun müddət bir yerdə xidmət edib: "Vətən müharibəsində də çiyin-çiyinə döyüşmüşük. Müharibədə mən yaralandım, amma Vadim xidmətini davam etdirirdi. O, övladının doğulmasını səbirsizliklə gözləyirdi. Zeyd ikinci övladıdır, bu gün həm də qızı İlaydanın bir yaşı tamam olur".

Qeyd edək ki, Qocayev Vadim Alik oğlu 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olub. 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olub.

Şəhidin atası Alik Qocayev oğlunun şəhid olması xəbərini eşidəndən sonra ürək tutmasından vəfat edib.

Xatırladaq ki, V.Qocayev Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Dövlət başçısının 2022-ci il noyabrın 5-də imzaladığı digər sərəncama əsasən, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş bir qrup hərbi qulluqçu təltif edilib. Həmin sərəncama əsasən, V.Qocayev "Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalına layiq görülüb.

O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam