Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Livan suriyalı qaçqınları geri göndərir

Livan suriyalı qaçqınları geri göndərir 
Livan hökuməti on bir il əvvəl bu ölkədə sığınacaq tapmış suriyalı qaçqınların geri göndərilməsi prosesinə başlayıb.
Yenixeber.org: Bu ölkənin Prezidenti Mişel Aun artıq 15 min qaçqının Suriyaya göndərilməsi barədə məlumat verib. O qeyd edib ki, Qərb ölkələrinin bu insanların öz vətənlərində təqibə məruz qalacaqları barədə açıqlamaları həqiqətə uyğun deyil. Digər tərəfdən, Suriya hökuməti də onları qəbul etməyə hazır olduğunu bildirib.

Livan Prezidenti bildirib ki, bəzi dairələrin suriyalıları həmişəlik Livanda məskunlaşdırmaq planları baş tutmayacaq. Onun sözlərinə görə, əvvəllər fələstinlilərin də Livanda yerləşdirilməsi planları olub və bu, həyata keçməyib.

Hazırda dərin sosial-iqtisadi böhranla üzləşmiş Livanda 1 milyondan artıq suriyalı qaçqın var. Bu, 4 milyon Suriya vətəndaşını qəbul etmiş Türkiyədən sonra ikinci göstəricidir. Cəmi 6 milyon 800 min əhalisi olan Livanda bu qədər çox sayda qaçqının olması ölkə üçün əlavə gərginlik yaradır.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam