Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Zelenski Xarkova hücuma görə qisas vəd etdi

Yenixeber.org: Prezident Volodimir Zelenski Xarkovun atəşə tutulmasını, yataqxananın vurulmasını “rəzil və sinik” adlandırıb.

“Xarkov üçün ağrıyırıq. Raket hücumu... Yataqxanaya... Bina tamamilə dağılıb. Dinc sakinlərə rəzil hücumun əsaslandırması yoxdur, təcavüzkarın gücsüzlüyünü göstərir. Unutmayacağıq, qisas alacağıq”, – Zelenski "Telegram"da yazıb.

Ukraynanın cənubunda isə Xersondan şimal-şərqdə, Bilohirka şəhəri yaxınlığında Rusiya qüvvələrinin hücumunun qarşısının alındığı bildirilir. Bu barədə məlumatı hərbi təhlilçi Oleh Jdanov yayıb.

Ukrayna ordusu 29 işğalçının öldürüldüyünü, artilleriya, zirehli texnika, hərbi sursat deposunun dağıdıldığını bildirir.

“Ötən aydan bəri Rusiya qüvvələri minimum irəliləyişə nail olub, bəzi hallarda biz irəliləmişik. İndi gördüyümüz strateji çıxmazdır”, – prezidentin müşaviri Oleksey Arestoviç videomüraciətində söyləyib.

Britaniyanın Müdafiə Nazirliyi avqustun 18-də gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, komandirlərin aşağı səviyyədə döyüş intizamını bərqərar etməməsinin işğal başlayandan Rusiya qüvvələrinin ümumilikdə zəif perfomansında qismən rolu olub.

Kəşfiyyat Rusiya qüvvələrinin tank zirehini adekvat şəkildə quraşdıra və ona qulluq göstərə bilməməsini Moskvanın tank və zirehli texnika itkisinin böyük olmasının əsas səbəbi kimi görür. Bu nöqsanın 1994-cü il birinci Çeçen müharibəsində də nəzərə çarpdığı vurğulanır.



Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam