Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Laçındakı ermənilər ayın sonuna kimi köçürüləcəklər" -Erməni mediası

"Laçındakı ermənilər ayın sonuna kimi köçürüləcəklər" -    Erməni mediası  
Azərbaycanın işğaldan azad olunan Laçın rayonunun bəzi ərazilərində məskunlaşdırılmış ermənilər avqustun sonuna qədər rayonu tərk etməlidirlər.
Yenixeber.org: Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, onlar bu barədə xəbərdarlığı dünən axşam "icra başçısı" və "bələdiyyə sədri" ilə görüşdə öyrəniblər.

"Arayik Arutyunyanın göstərişi ilə ayın sonuna qədər ərazidən çıxacağıq. Köçün kompensasiyası haqqında oratada heç nə yoxdur. Deyəsən, kompensasiya olmalıdır. Amma onun nə vaxt və necə reallaşcağını bilmirik”, - Laçında məskunlaşmış Anna Marqaryan "Azatutyan"a açıqlamasında deyib.

O qeyd edib ki, nəiniki təzminat, gəlmə ermənilərin bundan sonra hara gedəcəkləri barədə heç bir aydın söz eşitməyiblər. Onlar gedib Xankəndi meydanında oturaq aksiya keçirməyi planlaşdırırlar.
Ermənilərin "Aqavno" adlandırdıqları Zabuğla bağlı vəziyyət də eynidir.

Zabuğ "sakini" Narine Rasoyan jurnalistlə söhbətində deyib ki, "Arayik gəlsin suallarımızı cavablandırsın. Gözləyirəm. Mən Arayik Harutyunyanı "seçdim", 6 uşağım Qarabağda yaşayır. Gəlsin bizə cavab versin, başqa heç nə istəmirəm".

İddia olunur ki, təkcə Zabuğda məskunlaşdırılmış ermənilərin sayı 200-dən çoxdur.
Nəşr Zabuğ icmasının "başçısı" Andranik Çauşyandan məlum proseslə bağlı hansı qərarın qəbul edildiyini, hazırda kəndin boşaldılması planının olub-olmadığını öyrənməyə çalışıb. Çauşyan bütün suallara Arayikdən cavab almağı məsləhət bilib.

Xatırladaq ki, təxminən bir ay əvvəl Arayik Zabuğ məsələsi ilə bağlı danışıqları və "mübarizə"lərini davam etdirəcəklərini açıqlamışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam