Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə gəmisi Rusiyanın nəzarəti altında olan Mariupolu tərk edib

 

“Rusiya ilə Türkiyə hərbi nümayəndə heyətləri Ukrayna limanlarından taxıl ixracı və gəmilərin təhlükəsiz yola salınmasına dair məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlib”.

Yenixeber.org: Məlumatı “Anadolu” yayıb.

Bildirilib ki, nümayəndə heyətləri arasında Moskvada keçirilən danışıqlar nəticəsində əldə edilən razılığa əsasən, taxılla yüklü gəmilər Ukraynadan yola salınacaq. Məlumata görə, Ankara görüşündən sonra müsbət irəliləyiş əldə edilib.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, Türkiyə və Rusiya nümayəndə heyətləri arasında keçirilən danışıqlarda taxıl yüklü gəmilərin Ukraynadan yola salınması ilə bağlı razılıq əldə olunub. Nazirliyinin bəyanatına əsasən, Rusiya və Türkiyə nümayəndə heyətləri Ukrayna limanlarından gəmilərin təhlükəsiz yola salınması və taxıl ixracı ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Məlumata görə, Türkiyə və Rusiya generallarından ibarət hərbi heyətlər arasında “qırmızı diplomatiya xətti” çərçivəsində Moskvada baş tutan görüş konstruktiv və müsbət atmosferdə keçib. Bu görüşün nəticəsi kimi Maldiv bayrağı altında üzən Türkiyənin “Azov Concord” quru yük gəmisi Rusiyanın nəzarətində olan Mariupulu tərk edən ilk xarici gəmi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam