Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bolqarıstan:Azərbaycandan qazın həcminin artımı ən perspektivli variantdır

 

Bolqarıstan Azərbaycandan təbii qazın həcminin artımını ən perspektivli variant hesab edir.

Yenixeber.org: Bu barədə Bolqarıstan mətbuatı xəbər verir.

Baş nazir Kirill Petkov bildirib ki, iyulun 1-dən ölkə Azərbaycandan razılaşdırılmış təbii qazın bütün həcmini alacaq.

“Qazprom”la müqaviləyə əsasən bazar qiymətlərinə əsaslanır. Bu modelə görə, Serbiyadan qaz ala bilərik. Ən perspektivli variant Azərbaycanla müqavilə əsasında qazın həcminin artırılmasıdır".

Bunu isə Bolqarıstanın ictimai-siyasi xadimi, keçmiş iqtisadiyyat və energetika naziri Trayço Traykov deyib.

“Məncə qaz böhranı yoxdur, çünki qaz var. Qiymətlərlə bağlı problem artıq bir ilə yaxındır ki, mövcuddur”, - o əlavə edib.

Traykov qeyd edib ki, ölkədə tələb olunan qazın qalan miqdarı başqa üsullarla kompensasiya edilməlidir.

Traykov Petkovun ABŞ-dan gələn maye qazın qiymətinin həqiqətən də “Qazprom”un qiymətindən aşağı ola biləcəyi ilə razılaşıb.

“Qazın qiyməti həmişə hasilatın və nəqlin qiymətindən deyil, bütün digər amillərdən asılı olub. Qiymət istehsalın maya dəyəri kimi hesablanandan xeyli yüksəkdir və müxtəlif variantlar üçün imkanlar var”, - o əlavə edib.

Trayço Traykov hesab edir ki, qaz təchizatı ilə bağlı yeni yaradılmış müvəqqəti komissiyanın işi yaxşıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam