Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Apellyasiya Məhkəməsi Eldar Həsənovu həbsdə saxlayıb-AÇIQLAMA

 
Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi iqtisadi cinayətlərdə ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov barəsində hökmdən verilən apellyasiya şikayətini təmin etməyib. 

Yenixeber.org: Onun vəkili Cavad Cavadovun verdiyi məlumata görə, Həsənov  məhkəmə zalında bir daha günahsız olduğunu və həbsinin əsassız olduğunu bildirib.

Haqqındakı hökmün sifarişlə çıxarıldığını vurğulayan Həsənov onun ləğv olunmasını və ona bəraət verilməsini istəyib.

Vəkil qeyd edir ki, məhkəmə onun özü ilə yanaşı, üç övladı və başqa qohumlarının əmlakın müsadirəsindən verdikləri şikayəti də təmin etməyib.

Xatırladaq ki, Eldar Həsənov 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən XİN-in Konsulluq Xidmətinin bir neçə digər işçisi ilə birlikdə həbs edilib.

Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilib.

Maraqlıdır ki, Həsənovla eyni vaxtda həbs edilən, bənzər miqyasda mənimsəmədə ittiham olunan XİN-in digər üç yüksək vəzifəli əməkdaşı çox qısa müddətdə həbsdən azad edilib və sonradan şərti cəzaya məhkum edilib.

Həsənov özü məhkəmədə Prezident Administrasiyasının üzvlərinin ona qarşı yönəlmiş intriqalarının qurbanı olduğunu bildirib.(Turan) 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam