Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədə inflyasiya son 20 ilin rekordunu qırıb


Bu ilin mart ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,14% bahalanıb.
Yenixeber.org: Türkiyə Statistika İdarəsi bildirir ki, bu son 20 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2002-ci ilin mart ayında bundan yüksək (65,1%) olub. 

Ən yüksək bahalanma nəqliyyat xidmətlərində qeydə alınıb – 99,12%. 
Bundan başqa ötən ilin mart ayı ilə müqayisdə qida və içkilər 70,33%, ev əşyaları 69,26%, restoran və otellərdə xidmətlər 60,4% bahalanıb. 
Ən az artım rabitə xidmətlərində qeydı alınıb. Rabitə tarifləri son bir ildə 15,08% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam