Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir müavini:"Aşağı tariflər enerji sektoruna investisiya cəlb etməyə problem yaradır"

"Azərbaycanda elektrik enerjisi tariflərinin aşağı olması bu sahəyə xarici investisiyaların cəlb edilməsi üçün problemlər yaradır".

Yenixeber.org: Bunu energetika nazirinin müavini Elnur Soltanov qlobal çağırışların həllinin müzakirə olunduğu beynəlxalq konfransda bildirib.

"Azərbaycan işğal altında olan ərazilərini azad etdikdən sonra dövlət büdcəsinin kifayət qədər böyük hissəsi bərpa işlərinə gedir. Elektrik stansiyalarının tikintisinə xeyli vəsait sərf edilir. Odur ki, enerji sektoruna xarici investisiyalar cəlb etmək lazımdır. Azərbaycan bərpa olunan enerji üzrə istehsal obyektlərinin yaradılması baxımından Qafqazda liderdir, həmçinin elektrik enerjisinin istehsalı üzrə liderdir və onun ixracı ilə məşğuldur. Ölkənin prioritetlərində biri "yaşıl enerjiy"ə keçiddir. Bununla əlaqədar olaraq, günəş və külək enerjisi stansiyalarının tikintisi üzrə müqavilələr imzalanıb. Aşağı tariflər enerji sektoruna investisiya cəlb edilməsi üçün problem yaradır" - deyə o, qeyd edib. 

Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycana xarici tərəfdaşlardan təbii qaz tədarükünün artırılması ilə bağlı çoxlu sayda müraciətlər daxil olur.

"Ölkə bu müraciətləri cavablandırmaq iqtidarındadır. Hazırda Azərbaycanda neft hasilatı sabitdir, təbii qaz istehsalı isə istehlakçı ölkələrdən artan sorğular fonunda artmaqdadır", - deyə E.Soltanov əlavə edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam