Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Aramsız yağışlar hektarlarla kartof sahələrinə ziyan vurub -Cəlilabadda

 

Cəlilabadda istixana şəraitində yetişdirilən kartof sahələrinin 40 faizinə ziyan dəyib. On hektarlarla sahədə kartof sahəsinə ziyan dəyib.

Yenixeber.org: Rayonda aramsız yağışlar əkin, xüsusən kartof sahələrinə ciddi ziyan vurub. Cəlilabad ərazisindən keçən Mişarçayın daşması səbəbindən Muğan, Maşlıq və köhnə Ələt-Astara maqistral yolunun kənarlarında becərilmiş əkin sahələri su altında qalıb.

Fermerlər deyirlər ki, böyük əziyyətlə, istixana şəraitində becərdikləri kartof sahələrini su basıb.

Təsərrüfat işlərinə kifayət qədər vəsait xərcləndiyini bildirən sakinlərin sözlərinə görə, sel əkin sahələrinə ciddi ziyan vurması səbəbindən məhsuldarlıq xeyli aşağı düşüb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mübariz Nadirov bildirib ki, həmin kəndlərdə istixana şəraitində becərilən kartoflar əsasən fərdi təsərrüfatlarda əkilir. Kifayət qədər vəsait tələb edən bu əkin növünün becərilməsində məqsəd məhsulu açıq sahələrə nisbətən satışa daha tez çıxarmaqdır. Amma indi sahələrin sel suları altında qalması məhsuldarlığın təxminən 50 faiz aşağı düşməsilə yanaşı, satışını da xeyli ləngidəcək.

Qeyd edək ki, Cəlilabad rayonunda 4 000 hektara yaxın sahədə kartof əkilir. Onun 1 000 hektarı istixanalarda becərilir. Hesablamalara görə, əkin sahələrinin təxminən yarısına ciddi ziyan dəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam