DÇ-2022:Yaponiya millisi final mərhələsinə vəsiqə qazanıb

Futbol üzrə Yaponiya millisi Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Yenixeber.org: Komanda buna seçmə mərhələnin IX turunda səfərdə Avstraliyanı 2:0 hesabı ilə məğlub etməklə nail olub.
Beləliklə, xallarının sayını 21-ə çatdıran yığma sona bir tur qalmış ən azı ikinci pilləni təmin edib.
Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək. İndiyədək Yaponiya seçməsi ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran və Cənubi Koreya da final mərhələsinə vəsiqə əldə edib.









AZ
RU