Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü -FOTOLAR

Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda yüngülmühərrikli təyyarə qəzaya düşüb.
Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, hadisə martın 8-də Potanino kəndi yaxınlığında baş verib.
İki nəfər həyatını itirib. Onlardan biri 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovdur. Digərinin şəxsiyyəti müəyyənləşdirilməyib.
M. İbrahimov əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışıb. O, əslən Quba rayonundandır. Ailəlidir, 3 övladı var.












AZ
RU