Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Boks Federasiyasının yeni -İdarə Heyətinin ilk iclası keçirilib

Azərbaycan Boks Federasiyasının yeni İdarə Heyətinin ilk iclası keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayevin sədrliyi ilə qurumun İdarə Heyətinin ilk iclası keçirilib.

Yenixeber.org: Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə qarşıda duran prioritet məsələlər müzakirə edilib.

Federasiya prezidenti qurumun fəaliyyəti, ölkədə boksun daha da inkişafı üçün Konsepsiyanın hazırlanması ilə bağlı tapşırıqlar verib. Sahil Babayev boks idman növünün Azərbaycandakı coğrafiyasının genişləndirilməsinin vacibliyini önə çəkib. O vurğulayıb ki, kütləviliyi təmin etmək və maddi-texniki bazanın gücləndirilməsi əsas amillərdən biridir. Nazir məşqçilərə, boksçulara, hakimlərə, həmçinin idmançıların sağlamlığına cavabdeh olan tibb işçilərinə xüsusi diqqətin ayrılması ilə bağlı göstərişlər verib.

Sahil Babayev İdarə Heyəti ilə bu il keçiriləcək həm ölkədaxili, həm də beynəlxalq yarışlarla bağlı fikir mübadiləsi aparıb. O qeyd edib ki, ilin sonunadək olacaq turnirlərdə Azərbaycana medallar qazandırmaq qısa müddətli plana daxildir. Orta müddətli hədəfin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu vurğulayan nazir 4 illiyin ən möhtəşəm yarışında da fəxri kürsüyə yüksəlməyin əsas məqsəd olduğunu deyib. Sahil Babayev İdarə Heyətinə uzunmüddətli planı da açıqlayıb. Nazir vurğulayıb ki, hədəf yeni gənc boksçu nəslinin yetişdirilməsi və bu idman növünün hər bir rayonda inkişafına nail olmaqdır. Bunun üçün seçimlər həyata keçirilməli və federasiyada bu məsələlərlə bağlı şöbələr yaradılmalıdır.

ABF-in vitse-prezidenti Vüsal Nəsirli və İdarə Heyətinin üzvləri Fuad Hacıyevlə Rövşən Hüseynov Konsepsiya ilə bağlı öz təkliflərini veriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam