Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni Vergi Məcəlləsi hazırlanacaq -Dövlət Vergi Xidməti

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanacaq

“Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması müzakirə olunan aktual məsələdir”.

Yenixeber.org: Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, beynəlxalq tələblər yeni məcəllənin hazırlanmasını zəruri edir:

“Burada əsas məqsəd ondan ibarətdir ki, artıq illər ərzində iqtisadiyyatın strukturu dəyişdikcə, innovasiyaların tətbiqi artdıqca, beynəlxalq tendensiyalarda hər il ümumi qəbul edilmiş tənzimləmələrə uyğunlaşma tələb olunduqca, ölkədən transmilli şirkətlər tərəfindən pul vəsaitlərinin çıxarılmasının qarşısının alınması ilə bağlı beynəlxalq modellər təklilləşdirildikcə, onların qanunlara gətirilməsi tövsiyə olunur.

Razıyam ki, bu tip dəyişikliklərin olunması kimi obyektiv məsələləri nəzərə almaqla qanuna çoxsaylı dəyişikliklər olub və bəzən bu səbəbdən sahibkarlara vergi qanunvericiliyi kifayət qədər mürəkkəb gələ bilir. Bu mürəkkəbliyin daha sadə struktura çevrilməsi, daha anlaşılan olması üçün yeni Vergi Məcəlləsinin hazırlanması gündəlikdə olan məsələlərdəndir. Biz sahibkarlardan indiyə qədər aldığımız təklif və tövsiyələrini nəzərə alaraq yeni Vergi Məcəlləsinin hazırlanmasını planlaşdırırıq”.

Qeyd edək ki, Vergi Məcəlləsi 2001-ci ildən qüvvədədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam