Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın avtomobil bazarında qiymət artımı davam edir

Azərbaycanın avtomobil bazarında qiymət artımı davam edir

“Bu ilin yanvar ayında Azərbaycanda avtomobil satışlarında ötən ilin dekabr ayına nisbətən 20 % artım olub”.

Yenixeber.org: Bu barədə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bazarda əsas tələb mühərrik həcmi 2 min kubsantimetr olan krossoverlərə olub:

“Həmçinin hibridlərə böyük maraq var. Yanvar ayında da Azərbaycana gətirilən həm köhnə, həm də yeni hibrid avtomobillərin sayı artıb.

Ölkəyə benzin və dizellə çalışan avtomobillərin gətirilməsi də davam edir. Mühərrik həcmi 3 min kubsantimetrdən yüksək olan yeni avtomobillərinin qiyməti də yüksəlib. Bu, Azərbaycana xaricdən gətirilən avtomobillər üçün aksiz vergisinin artırılması ilə bağlıdır”.

Ekspert bildirib ki, bazarda yeni hibrid və elektromobillərin qiyməti enib:

“Bu da dövlətin tətbiq etdiyi ölkəyə idxal olunan hibrid və elektromobillərin ƏDV-dən azad olunması ilə bağlıdır. Hazırda rəsmi diler və distrübyuterlərin satdığı ekoloji təmiz avtomobillərin qiyməti enib. Bununla yanaşı qlobal istehsalçılar yeni avtomobillərin qiymətini 2-5 % civarında yüksəldib. Odur ki, Azərbaycanda orta hesabla yeni avtomobillərin qiymətində yenə də %-lıq artımının olduğunu deyə bilərik. Mühərrik həcmi 3 min kubsantimetdən yüksək olan avtombillərin qiyməti daha çox yüksəlib. İkinci əl avtomobillərin qiymətində də təqribən %-lıq artım var".

Ekspert hibrid avtomobillərə marağın böyük olduğunu qeyd edib:

“Sadəcə hibridləri istehsal edən iri şirkətlərdə müəyyən zamanlarda dayanmalar müşahidə edildi. Mart ayına qədər zavodlarda istehsal prosesi ləngiyir. Martdan sonra istehsalın artacağı gözlənilir. Avtomobil istehsalçıları yarımkeçirici çiplərin çatışmazlığı problemini yaşayır. Ona görə də hibridlərin istehsalında bir qədər ləngimə var və ölkədə hibridlərin az da olsa defisiti yaranıb”.

Qeyd edək ki, ölkədə yeni avtomobillərin satışı əsasən rəsmi diler və distrübyuterlər vasitəsilə, köhnə avtomobillərin satışı isə Badamdar, Sumqayıt, Bərdə kimi avtomobil bazarlarında həyata keçirilir. Bununla yanaşı avtomobil alıcıları alqı-satqı saytlarına da üz tutur. Həmin saytlarda daha çox ikinci əl "Mercedes", "Hyundai", "Toyota", "Opel" kimi avtomobil modelləri satışa çıxarılır. Müşahidəmizə əsasən, bu saytlarda buraxılış ili və digər göstəricilərindən asılı olaraq "Mercedes C 240" markalı avtomobillərin qiyməti 7 000-16 000 manat, "Toyota Prius" markalı avtomobillərin qiyməti 6 000-15 000 manat, "Hyundai Accent" markalı avtomobillərin qiyməti isə 3 000-16 000 manat arasında dəyişir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam