Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Antoniu Quterreş Qış Olimpiya Oyunlarının açılışında çıxış edib-videoformatda

 

BMT-nin baş katibi Antoniu Quterreş Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarının açılışında videoformatda çıxış edib.

Yenixeber.org: Bu gün dünyanın daha çox sülhə, həmrəyliyə və birliyə ehtiyacı olduğunu deyən A.Quterreş son illərdə irqçilik, ksenofobiya, antisemitizm, müsəlmanlara qarşı nifrət kimi davranışlarının daha vüsət aldığı bir vaxtda Olimpiya Oyunlarının dünya mədəniyyətlərinə və müxtəlif ölkələrdən gələn idmançılara ev sahibliyi etməklə barış mesajları yaymasının vacib olduğunu deyib: “Hesab edirəm ki, Olimpiya Oyunlarının mesajı bütün etnik mənsubiyyətlər və dinlərə müraciət edən fantastik mesajdır. Bu, tolerantlıq, qarşılıqlı hörmət və sədaqətlə rəqabət aparmağın və eyni zamanda qardaşlaşmağın mümkün olduğunu sübut edən çağırışdır. Dünyaya da, lazım olan budur.

Təbii ki, dünyada rəqabət var, amma o rəqabət mütləq düşmənçilik demək deyil. Bu rəqabət dünyanın bir araya gəlməsinə və bu gün qarşılaşdığımız nəhəng problemlərlə, COVID-19, iqlim dəyişikliyi, bərabərsizlik və s. ilə üzləşməsinə imkan verməlidir. Bütün ölkələrin, hətta təəssüf ki, bu gün müharibə vəziyyətində olan bəzi ölkələrin də, burada təmsil olunması sülhün, birlik və həmrəyliliyin mümkün olduğunu göstərir. Bu, BMT-nin Beynəlxalq Olimpiya Komitəsini dəstəkləmək üçün güclü öhdəliyini tam əsaslandırır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam