Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dənizdə külək enerjisinə dair Yol Xəritəsinin ilkin layihəsi müzakirə olunub-FOTO

Xəzər dənizinin Azərbaycan akvatoriyasında külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsinin təqdimatı keçirilib.

Yenixeber.org: Təqdimat energetika naziri Pərviz Şahbazovun Bakıda səfərdə olan enerji üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri xanım Yasemin Orucun başçılıq etdiyi Dünya Bankı missiyasının qəbulu zamanı keçirilib.

Görüşdə layihəyə dair müzakirələr aparılıb. Xəzər dənizinin Azərbaycan akvatoriyasında böyük külək enerjisi potensialından istifadəyə dair müxtəlif ssenarilər nəzərdən keçirilib, pilot və kommersiya layihələrinin reallaşdırıla biləcəyi konkret zonalarda inşa edilə biləcək güclərə dair fikir mübadiləsi aparılıb. Hazırlanmaqda olan yol xəritəsinin sahəyə özəl investisiyaların cəlbinə və gələcəkdə enerji ixracının artırılmasına töhfə verəcəyi vurğulanıb.

Elektrik enerjisi sahəsində liberal enerji bazarı üzrə Yol Xəritəsinin də təqdimatının keçirildiyi iclasda bazarın yaradılması mərhələləri, hər bir mərhələdə atılmalı olan addımlar, bu sahədə dünya təcrübəsi, enerji bazarına və elektrik şəbəkəsinə bərpa olunan enerjinin inteqrasiyası məsələləri haqqında məlumat verilib. Hər iki mövzuda iştirakçıların sualları cavablandırılıb.

Nazirlik və Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam