Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fransa əhalisinə xəbərdarlıq edildi-SƏBƏB

Fransa əhalisinə koronavirusla bağlı xəbərdarlıq edildi

                “Fransada koronavirusa yoluxanların sayı yaxın günlərdə artacaq”.
Yenixeber.org: Bu barədə “France Inter” radiostansiyasına müsahibəsində ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, yanvar ayı ölkənin xəstəxanaları üçün çox çətin ay olacaq və tibb işçiləri bunu başa düşür:
“Biz indi iki böyük təhlükə ilə üz-üzəyik - ümumi baxım palatalarını həddən artıq yükləyən omikron ştamı və reanimasiya şöbələrində xəstələrin sayının artmasına səbəb olan delta ştamı. Bu iki təhdid eyni cavabı tələb edir - peyvəndlər və revaksinasiyalar, o cümlədən, xüsusən də uzaqdan işləmək və böyük toplantılara qadağa ilə bağlı səlahiyyətlilərin göstərişlərinə əməl etmək”.
Fransa hazırda koronavirus pandemiyasının beşinci dalğasını yaşayır. Hazırda 20 minə yaxın koronavirusa yoluxmuş insan xəstəxanalardadır. Fransada pandemiyanın başlanğıcından bəri 123 mindən çox insan koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam