Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cari ildə Ermənistanda inflyasiyanın, dövlət borcunun artımı müşahidə edilib

Cari ildə Ermənistanda inflyasiyanın, dövlət borcunun artımı müşahidə edilib

Başa çatmaqda olan 2021-ci il Ermənistan iqtisadiyyatı inflyasiyanın, ərzağın qiymətinin bahalaşması, dövlət borcunun artması ilə müşahidə edilib.

Yenixeber.org: Bu barədə Ermənistan mətbuatının 2021-ci ilin yekunları ilə bağlı təhlilində qeyd edilir.

Qeyd edilir ki, son 12 ayda ölkədə inflyasiya 9,6% təşkil edib, Mərkəzi Bankın məlumatına görə, bunun 7%-i ərzaq məhsullarının payına düşüb.

Ötən ilin sonlarından respublikada qiymətlər qalxmağa başlayıb. İdxal olunan mallar dramın məzənnəsinin aşağı düşməsi, tərəvəzlər isə bu yaz və yay aylarında respublikada suvarma ilə bağlı problemlər səbəbindən bahalaşmağa başlayıb: “Bir neçə aydır ki, məzənnə bərpa olunub, lakin qlobal problem qalmaqdadır – dünya iqtisadiyyatının COVID-19 şokundan gözlənildiyindən daha tez sağalması səbəbindən ərzaq məhsullarının qiymətləri də artıb. FAO-nun (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) məlumatına görə, ərzaq məhsullarının qiymətləri 10 illik rekordu (və istehlakçılar üçün isə antirekorddur) yeniləyib”.

İqtisadi vəziyyət fonunda Ermənistanın dövlət borcunun həcmi də artıb. 2021-ci ilin sonunda hökumətin borcu 4 trilyon 275 milyard dram (hazırkı məzənnə ilə - təxminən 8,9 milyard dollar) və ya ÜDM-in 63,5%-nə qədər artıb. 2022-ci ildə hökumət ÜDM-ə nisbəti 60,2%-ə endirməyi planlaşdırır.

Hökumət dövlət borcunu idarə edilə bilən hesab edir. Ekspertlər isə bildirirlər ki, Ermənistan təhlükəli xəttdə, borc tələsinin astanasındadır.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam