Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BMT-dən Suriya ilə bağlı xəbərdarlıq-RƏSMİ

Suriya bir-birindən uzaqlaşan, bir neçə bölgəyə parçalanmış vəziyyətdədir. Ölkədə qeyri-sabitlik davam edir, Suriya muzdlular, narkotik ticarəti və terrorizm üçün sığınacağa çevirilib”.

Yenixeber.org: Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersen BMT Təhlükəsizlik Şurasının brifinqində deyib.

Ölkədə aclıq və yoxsulluğun artdığını, 14 milyon insanın köməyə ehtiyacı olduğunu bildirən Pedersen Suriyada mülki şəxslərə qarşı zorakılığın və sistematik insan haqlarının, o cümlədən qadınlara və qızlara qarşı zorakılığın davam etdiyini vurğulayıb.

Xüsusi nümayəndə 2021-ci ili Suriya xalqının əzablarının dərinləşdiyi dövr kimi qiymətləndirib: “On minlərlə insan saxlanılıb, oğurlanıb və ya itkin düşüb. On üç milyon suriyalı ölkə daxilində məcburi köçkün, xaricində qaçqın olaraq qalır. Onların övladlarının çoxu vətənlərini tanımırlar”.

BMT rəsmisi qeyd edib ki, Suriya qonşuları üçün də davam edən ən böyük problemdir: “Təəssüf ki, altı il öncə qəbul edilən BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini Suriya xalqının əzablarını yüngülləşdirəcək, onların qanuni istəklərinə cavab verəcək və ölkənin birliyini, suverenliyini bərpa edəcək şəkildə həyata keçirməkdən çox uzaqdayıq”.

Suriyadakı mövcud vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edən G.Pedersen ölkədə siyasi və iqtisadi addımların atılmasının vacibliyinə diqqət çəkib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam