Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə ilə Azərbaycan birgə döyüş təyyarələri istehsal edə bilər

“Milli döyüş təyyarəmizlə bağlı ortaq istehsal üçün qapılarımız bizimlə əməkdaşlıq etmək istəyən ölkələrə açıqdır. Biz Azərbaycan, Pakistan kimi ölkələrlə bu məsələ ilə bağlı danışırıq və güclərimizi birləşdirmək təklifləri irəli sürürük”.

Yenixeber.org: Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin direktoru İsmayıl Dəmir “CNN-Türk”ə müsahibəsində bildirib.

İsmayıl Dəmir əlavə edib ki, Türkiyə aviasiya və müdafiə sənayesi sahəsində təcrübəsi, bilik və bacarıqları olan ölkələrdən faydalanmaq təşəbbüsünü dəstəkləyir: “Təbii ki, hər ölkənin özünəməxsus bacarıq və qabiliyyətləri var. Müsbət cavablar aldığımız ölkələrlə bu addımları daha da inkişaf etdirməyə davam edəcəyik və bu addımların müsbət nəticələr verəcəyinə inanırıq”.

Qeyd edək ki, Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) beşinci nəsil, uzaq məsafədən vurma qabiliyyəti olan, tam elektron və modern radar sistemləri ilə təchiz edilən milli döyüş təyyarəsinin (MMU) istehsalı üçün Britaniyanın “BAE Systems” şirkəti ilə 2017-ci ildə müqavilə imzalayıb.

MMU-nun ilk uçuşunun 2025-ci ildə həyata keçirilməsi planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam