Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elman Rüstəmov quruma sənədsiz rəhbərlik edib?


Azərbaycan Şahmat Federasiyasının nizamnaməsi itib.
Yenixeber.org: Bildirilib ki, 1992-ci il noyabrın 26-da Ədliyyə Nazirliyində 255№ ilə dövlət qeydiyyatına alınmış federasiyaya məxsus nizamnamə və Ədliyyə Nazirliyi Kollegiyasının qərarından çıxarış itib.
Bu səbəbdən də həmin sənədlər etibarsız sayılır. Hazırda federasiyanın yeni sənədləri hazırlanır. Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov danışıb:
“Bəli, həmin nizamnamənin əsli o vaxt itib, tapılmır. Yalnız onun notarial surətləri qalıb. Bu səbəbdən də Ədliyyə Nazirliyinə müraciət edərək həmin sənədin tapılacağı halda belə, etibarsız saymasına dair müraciət etmişik”.
Qeyd edək ki, Şahmat Federasiyasının əvvəlki prezidentləri indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və Mərkəzi Bankın sədri Elman Rüstəmov olub. Lakin sənədin nə zaman itdiyi bilinmir. Əgər sənəd A.Sofiyevadan əvvəlki dövrdə itibsə və sonrakı hər iki federasiya rəhbəri qurumun sənədi olmadan çalışıbsa, bu, normal hal sayılmır. Yox əgər, sənəd A.Sofiyevanın dövründə yoxa çıxıbsa, E.Rüstəmov federasiyaya vacib sənədlər olmadan rəhbərlik edib. Yaxud sənədlər E.Rüstəmovun dövründə itib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam