Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilərin Rusiyaya münasibəti kəskin pisləşib, Fransaya yaxşılaşıb –SORĞU

Ermənistanda Rusiya yönümlü “Avrasiya ekspert klubu” və “İnkişaf inteqrasiyası” təşkilatlarının keçirdiyi sorğunun nəticələri açıqlanıb.

Yenixeber.org: Sorğunu keçirən təşkilatlar rusiyameylli olsalar da, ermənilərdə getdikcə Rusiyaya münasibətdə yaranan narazılığı və hətta nifrəti gizlədə bilməyiblər. Ona görə də nəticələr hətta mümkün saxtalaşdırmalardan sonra belə heç də Rusiyanın xeyrinə deyil.

Sorğuda iştirak edənlərdən Rusiyanı, yoxsa Fransanı dost ölkə hesab etdikləri soruşulub. Məlum olub ki, yalnız 3 ermənidən biri, yəni respondentlərin 35 faizi Rusiyanı dost ölkə hesab edir. Fransanı dost hesab edənlər isə daha çoxdur – 43 faiz. Hər 5 ermənidən biri isə Rusiyanı qeyri-dost, yəni az qala düşmən dövlət saydığını bildirib. Fransanı qeyri-dost sayanlar isə cəmi 2 faiz olub. Respondentlərin 30 faizə yaxını qoyulan suallara cavab verməyə çətinlik çəkib.

Maraqlıdır ki, eyni təşkilatların müharibədən əvvəl, 2019-cu ildə keçirdiyi sorğunun nəticələri tamamilə fərqli olub. Belə ki, Ermənistanda Nikol Paşinyanın başçılığı ilə qərbyönümlü inqilab baş verməsinə baxmayaraq, 2019-cu ildə ermənilərin demək olar yarısı, daha dəqiq desək, 47 faizi Rusiyanı dost dövlət adlandırıb. Fransa üçünsə bu göstərici cəmi 12 faiz olub. Deməli, ermənilərin Fransaya sevgisi ötən müddət ərzində dörd dəfəyədək artıb. Yəqin ki, sözügedən sorğunu nisbətən müstəqil və şəffaf təşkilatlar keçirsəydi, daha fərqli nəticələr üzə çıxardı və bu fərq qətiyyən Rusiyanın xeyrinə olmazdı. 

Ancaq hətta bu nəticələr də göstərir ki, 44 günlük müharibə ermənilərin şüurunda bir çox dəyişikliklərə səbəb olduğu kimi, onların Rusiyaya münasibətinə də təsir edib. Görünür, hər zaman əli Rusiyanın ətəyində olan nankor toplum rusların onların əvəzinə gəlib Azərbaycan torpaqlarında döyüşəcəyi illüziyasının puç çıxmasından bərk məyus olub…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam