Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanın yeni ombudsmanının adı açıqlandı -Tatoyan yola salınır

Ermənistandakı ən həyasız və saxtakar ictimai-siyasi fiqurlardan biri olan ombudsman Arman Tatoyan gələn ilin fevralında vəzifəsilə vidalaşmalı olacaq.

Yenixeber.org: Nikol Paşinyan hökuməti parlamentdə Tatoyanın növbəti müddətə namizədliyini dəstəkləmək fikrində deyil. Əksinə, artıq bu gün hakim partiya ombudsman postuna yeni namizədinin adını açıqlayıb. Bu, hazırda Ədliyyə nazirinin müavini vəzifəsini tutan Kristine Qriqoryandır. Bununla bağlı qərar hakim partiyanın parlamentdəki fraksiyasının növbəti toplantısında qəbul olunub.

 

 

Ermənistan qanunvericiliyinə görə, ombudsman parlament tərəfindən 5 illiyinə seçilir. Ancaq namizədliyi dəstəklənərsə, o, növbəti 5 il müddətinə də həmin postu tuta bilər. Lakin bu vəzifəyə 2017-ci ildə seçilən və o vaxta qədər Ədliyyə nazirinin müavini olan Arman Tatoyan Paşinyana qarşı ən sərt müxalif mövqedə duran şəxslərdən biri olduğu üçün hakim partiya onu daha bu postda görmək istəmir.

İndiyə kimi dəfələrlə hökumətlə ombudsman arasında insidentlər yaşanıb. Hakimiyyət təmsilçiləri Tatoyanı xarici təşkilatlara saxta, şişirdilmiş məlumatlar, şikayətlər ötürməkdə günahlandırıb. Bu sıraya hətta Tatoyanın Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar da daxildir. 

Xatırladaq ki, məhz o, sərhəddə və Qarabağda baş verən hadisələr, qarşıdurmalar barədə beynəlxalq qurumlara və aparıcı dövlətlərə ən çox saxta şikayətlər ünvanlayan şəxsdir. Buna baxmayaraq, Tatoyan vəzifəsi dövründə ölkəsində bir xeyli siyasi nüfuz qazana bilib. Ehtimal olunur ki, bu saxtakar bundan sonra siyasətə qatılacaq və müxalif düşərgədə yer alacaq. 

Yeni xanım ombudsmanın sələfi qədər həyasız və saxtakar olub-olmayacağını isə zaman göstərəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam