Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran uranın zənginləşdirilməsini genişləndirir -BMT agentliyi yeraltı zavodda təftiş aparıb

İran daha qabaqcıl sentrifuqlar vasitəsilə zənginləşdirilmiş uran istehsalına başlayıb. "AzPolitika.info" "Azadlıq" radiosuna istinadən bildirir ki, bunu BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bildirir. İranla 2015-ci il nüvə sazişinin dirçəldilməsi üzrə bərpa olunmuş danışıqların üçüncü günündə belə bir açıqlamanın yayılması yeni narahatlığa səbəb olub.

Yenixeber.org: BAEA dekabrın 1-də hesabatında bildirib ki, İran Fordo Yanacaq Zənginləşdirmə Zavodunda (FYZZ) daha qabaqcıl maşınlarda uranın 20 faizədək zənginləşdirilməsi prosesinə start verib. BAEA müfəttişləri noyabrın 30-da yeraltı nüvə obyektində olublar. Onlar uranın yüksək effektli sentrifuqalarda uranın zənginləşdirilməsi üçün addımlar atıldığını bildiriblər. BAEA "Fordo" zavoduna təftişlərin tezliyini artırmağı planlaşdırır.
2015-ci il nüvə sazişi İranın "Fordoda" uran zənginləşdirməsinə icazə vermir. İranın BAEA-dakı daimi missiyası hesabatın əhəmiyyətini kiçiltməyə çalışıb, "Twitter"-də bunun İranda müntəzəm verifikasiyaya uyğun adi yeniləmə olduğunu yazıb.

İran "Fordo"da uranın 20 faizədək zənginləşdirilməsini təsdiqləyib. BAEA-dakı damini missiyanın icraçı direktoru Məhəmməd-Rza Galebi bunun dinc məqsədlərə xidmət etdiyini bildirib.

Xatırladaq ki, Vyanada nüvə sazişinin dirçəldilməsi üzrə danışıqlar İranla Britaniya, Fransa, Almaniya, Çin və Rusiya arasında aparılır. Birləşmiş Ştatlar danışıqlarda dolayısı ilə iştirak edir. Çünki İran ABŞ elçiləri ilə birbaşa təmasdan imtina edir. Qərb təmsilçiləri danışıqlarda üstünlük əldə etməyə çalışırlar. BAEA-nın Baş direktoru Rafael Qrossi son hadisəni narahatlıq qarşılaşdığını açıqlayıb.
“Bu, həyəcanı ikiqat artırır. Bu, adi məsələ deyil. İran bunu edə bilər, amma belə bir ambisiyan varsa, təftişləri də qəbul etməlisən. Bu vacibdir”, – Qrossi Fransanın “France 24” telekanalına deyib.

Noyabrın 29-dan başlanmış danışıqlarda ciddi proqres əldə olunmayıb.

2015-ci il sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması qarşılığında sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Amma ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsinin sazişdən çıxdığını elan edəndən sonra İran da öhdəliklərinin icrasını azaltmağa başladı.

Prezident Co Bayden İranın öhdəliklərinə tam əməl edəcəyi halda sazişə yenidən qoşulmağı vəd edib. Amma Tehran əvvəlcə Vaşinqtonun addım atmasını istəyir.

"AzPolitika.info"


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam