Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İmişlidə narkotiklərin satışı ilə məşğul olan dəstə saxlanıldı -onlardan biri qadındır

 

İmişlidə narkotiklərin satışı ilə məşğul olan dəstə saxlanıldı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ramil Şirinov, Xubyarlı kənd sakini Habil Quliyev və Məhəmmədli kənd sakini Nərgiz İsmayılova sonuncuya məxsus evdə olan zaman saxlanılıblar.

N.İsmayılovaya məxsus evə keçirilən baxış zamanı oradan satış məqsədilə sellofan bükümlərdə qablaşdırılan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, R.Şirinov və H.Quliyev narkotik maddələri əvvəlcə N.İsmayılovanın yaşadığı evə gətirərək burada sellofan bükümlərdə qablaşdırır, daha sonra isə rayon ərazisində satışını həyata keçirirlər.

Hər üç şəxs bundan əvvəl də narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqları üçün məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı İmişli RPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam