Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fransa kilsəsi təzminat ödəməyə razılıq verdi...

Fransa kilsəsi təzminat ödənişlərinə razıdır

Fransanın katolik kilsəsi seksual zorakılıqların qurbanlarına maliyyə təzminatı ödəməyə hazırdır.
Yenixeber.org: Bu barədə xəbər verən “Reuters” agentliyi bunun üçün kilsənin öz daşınmaz əmlakının bir hissəsini satışa çıxarmağı və hətta kreditlər götürməyi planlaşdırdığını da yazıb.
Fransanın Yepiskop kofransının prezidenti və Reyms şəhərinin arxiyepiskopu Erik de Mulen-Bofor kilsənin öz “institutusional məsuliyyətini” dərk etdiyini və “ziyanın kompensasiya edilməsi yolu ilə” getmək qərarına gəldiyini deyib.
Bunun üçün daşınmaz əmlakın və digər aktivlərin satılması hesabına fond yaradılacaq. Öhdəliklərimizin yerinə yetirilməsi üçün lazım gələrsə biz habelə kreditlər də götürməyə hazırıq, - Erik de Mulen-Bofor bildirib.
Amma arxiyepiskop təzminatın miqdarının və kilsənin onun hansı qaydada ödəyəcəyinin detallarını açıqlamayıb. Bundan əlavə, hər yepiskopun və yeparxiyanın həddi-büluğa çatmamışlarla qəddar rəftarların necə araşdırmasına nəzarət edəcək xüsusi elçilərin göndərilməsi üçün yepiskoplar Roma Papasına müraciət ünvanlamaq qərarına gəliblər.
Xatırladaq ki, ötən ayın əvvəllərində Fransa katolik ruhaniliyinin üzvlərinin və kilsə ilə bağlı şəxslərin son 70 ildə 330 min uşağa qarşı zorakılıq əməlləri törətməsi barədə müstəqil komissiyanın apardığı araşdırmaların nəticələri açıqlanıb. Bu çirkin əməllərdə 115 min kilsə xadiminin birbaşa iştirakı təsdiqlənib.

“Bu qədər çox insanın belə çoxlu sayda əzab çəkdiyini və çəkməkdə davam etdiyini anlayanda biz daxilən ikrah və dəhşət yaşadıq”, - Erik de Mulen-Bofor vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam