Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Boksçusumuz dünya çempionu olub-FOTO

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Yenixeber.org: 86 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib braziliyalı Keno Maçado olub. 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi ilə döyüşün ilk raudunda 5 hakimdən 4-ü qələbəni Domingesə verib. Yalnız 1 hakim Maçadonu fərqləndirib.

İkinci raundda Azərbaycan təmsilçisini 5 hakimdən 3-ü üstün sayıb.

Üçüncü raundda Maçado nisbətən fəallaşıb. Bunun nəticəsində o, yekunda fərqi minimuma endirə bilib. Beləliklə, Dominges 3:2 hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə dünya çempionu olub. Daha əvvəl o, Minsk-2019 II Avropa Oyunlarının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı adını qazanıb.

Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sərxan Əliyev 71 kq, Məhəmməd Abdullayev isə 92 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Dünya çempionuna kəmər və 100 000 ABŞ dolları, bürünc medalçılara 25 000 dollar mükafat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam